Xalq artistinin vəziyyəti son dərəcə KRİTİKDİR

Xalq artistinin vəziyyəti son dərəcə KRİTİKDİR
08 Mar 2025 14:28

Xalq artisti Ənvər Həsənovun səhhəti daha da pisləşib.

Bunu 74 yaşlı sənətkarın qızı Aytən Həsənov deyib.

"Atamın dünəndən vəziyyəti daha da ağırlaşıb, son dərəcə kritikdir. Tamamilə hərəkət etmir, huşu da yerində deyil. Gecə saatlarında yenidən təcili tibbi yardım çağırmalı olduq. Həkimlər atamla bağlı üzücü və xoş olmayan proqnoz verdilər. Dualara ehtiyacımız var", - deyə aktyorun qızı vurğulayıb. 

Qeyd edək ki, bir müddət öncə  Xalq artisti Ənvər Həsənovun səhhəti ağırlaşıb və Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə yerləşdirilib. Həkimlər ona insult diaqnozu  qoyub. 


Sizin reklam burada
Sizin reklam burada