Sektor müdiri məktəbdəki bıçaqlanmaya görə cəzalandırıldı

Sektor müdiri məktəbdəki bıçaqlanmaya görə cəzalandırıldı
09 Mar 2025 20:15

Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdiri Rahib Burcəliyev cəzalandırılıb.


News365.az-ın məlumatına görə, sektor müdirinə Təhsil İdarəsi tərəfindən şiddətli töhmət verilib.


Bundan başqa, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru Rahib Rəsulova da eyni cəza verilib.


Buna səbəb bir müddət öncə məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.


Sizin reklam burada
Sizin reklam burada