"Suriya onları məsuliyyətə cəlb etməlidir" - Rubio

"Suriya onları məsuliyyətə cəlb etməlidir" - Rubio
09 Mar 2025 19:59

Suriya rəsmiləri ölkədəki azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etmək öhdəliyi daşıyır.


News365.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.


"Birləşmiş Ştatlar son günlər Suriyanın qərbində insanları qətlə yetirən terrorçuları, o cümlədən əcnəbi cihadçıları pisləyir", - o bildirib.


Onun sözlərinə görə, Vaşinqton Suriyanın dini və etnik azlıqlarının, o cümlədən xristian, druz, ələvi və kürd icmalarının tərəfindədir:


"Suriyanın müvəqqəti hakimiyyət orqanları Suriya azlıqlarına qarşı bu qırğınları törədənləri məsuliyyətə cəlb etməlidir".



Sizin reklam burada
Sizin reklam burada