İordaniya, İraq, Livan və Türkiyə İŞİD terror qruplaşması ilə mübarizə üçün Suriya ilə birgə əməliyyat keçirməyə razılaşıb.
News365.az xəbər verir ki, bunu İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi Suriyaya qonşu dövlətlərin nazirlərinin Əmmanda keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında deyib.