Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neyjpapa Krım körpüsünə üçüncü hücumla bağlı “aktiv müzakirələrin” aparıldığını açıqlayıb və onun məhv edilməsi ilə bağlı nikbin olduğunu bildirib.
Bu barədə Britaniyanın “The Observer” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ilkin zərbə avtomobil və dəmir yolu strukturlarına ziyan vurub və rus qoşunları artıq dəmir yolu körpüsündən ağır vaqonları daşıya bilmir.
“Ruslar anlayır ki, biz üçüncü əməliyyatı fəal müzakirə edirik. Belə bir söz var: "Allah üçə deyib", deyə o, qeyd edib.