Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib

Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
09 Mar 2025 17:05

Almaniya gömrük orqanları İsveç vətəndaşından 13 minə yaxın Dubay şokoladı müsadirə ediblər.

Bu barədə "Der Spiegel" məlumat yayıb.

Qeyd olunur ki, Çexiyadan Almaniyaya gedən 51 yaşlı kişi şokoladları bəyan etmədən keçirməyə çalışıb. Onun avtomobilində təkcə Dubay şokoladı yox, həm də 650 banka bal, kremlər və pastalar tapılıb. Həmçinin kişi özü ilə saxta saat qutuları, paltar və ayaqqabı da aparıb.

İsveç vətəndaşı idxal rüsumunu ödəyə bilməyib. O, yükü Bolqarıstanda alıb yüklədiyini iddia etsə də, sənədlərdə Türkiyəni işarə edib.

Həmin şəxs "Əmtəə Nişanı" Qanununu, "Dərmanlar haqqında" Qanunu pozmaqda, vergi və rüsumdan yayınmaqda ittiham olunub. Təkcə qeyri-qanuni şokolad idxalına görə onu 10 min avro (təxminən 18 min 400 manat - red.) cərimə gözləyir.



Sizin reklam burada
Sizin reklam burada