Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən cavab olaraq bildirilib.
Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
***
Gəncədə yeni doğulmuş körpə ölüb, anasının vəziyyəti ağırdır.
Hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.