Vyetnamın parlamenti hökumət başçısının müavinləri vəzifəsinə iki şəxsin – sabiq daxili işlər naziri Fam Ti Tanh Çanın və Cialay əyalətinin partiya komitəsinin sabiq katibi Ho Kuok Zunqun təyinatını təsdiqləyib.
News365.az xəbər verir ki, onların namizədliyi Hanoyda davam edən XV çağırış parlamentin 10-cu yekun sessiyasında səsə qoyulub.
Baş nazir Fam Min Çin tərəfindən təqdim edilən iki əlavə müavinlə bağlı qərar iclasda iştirak edən 430 deputatdan 429 nəfərin dəstəyi ilə qəbul olunub.
61 yaşlı Fam Ti Tanh Ça, ölkənin mərkəzində yerləşən Nqean əyalətində anadan olub və Vyetnam tarixində ilk qadın baş nazir müavini kimi tarixə düşüb.
Son təyinatlardan sonra hazırkı hökumətin rəhbər heyəti, baş nazir Fam Min Çin də daxil olmaqla, 10 nəfərdən ibarətdir.