25.10.2025-ci il tarixdə saat 17:00 radələrində Beyləqan rayonunda elektrik cərəyanı vurması səbəbilə 1982-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
News365.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ona elektrik cərəyanının təsiri diaqnozu təyin olunub.
Pasiyentin müalicəsi Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olaraq qiymətləndirilir.