İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ dövlət katibi Marko Rubio Qəzza sektorunda ortaq maraqlara sadiq qaldıqlarını təsdiqləyiblər.
News365.az xəbər verir ki, bu barədə şənbə günü Netanyahunun ofisi məlumat yayıb.
Məlumata görə, Netanyahu və Rubio ABŞ dövlət katibinin İsrailə səfərini başa vurduqdan sonra telefonla danışıblar.
“Baş nazir məhsuldar səfərinə görə dövlət katibinə təşəkkürünü bildirib. Tərəflər ABŞ və İsraili birləşdirən ortaq maraq və dəyərlərin təşviqi üçün sıx əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını vurğulayıblar. Əsas prioritetlər sırasında ölkədə qalan girovların meyitlərinin qaytarılması, HAMAS hərəkatının silahsızlaşdırılması və Qəzzanın demilitarizasiyası yer alır”, –bəyanatda qeyd olunur.