Avropa İttifaqı Çindən xam material asılılığını azaltmaq üçün yeni plan hazırlayır

Avropa İttifaqı Çindən xam material asılılığını azaltmaq üçün yeni plan hazırlayır
18:40

Avropa Komissiyası Avropa İttifaqının xam materillarla bağlı Çindən asılılığını azaltmaq üçün yeni plan təqdim edəcək.

News365.az “Politico” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.

Von der Leyen asılılıqların getdikcə silaha çevrildiyi bir eskalasiyanın getdikcə yüksəldiyini bildirib.

“Aİ-nın cavab tədbirləri risklərin miqyasına uyğun olaraq hesablı şəkildə yerinə yetirilməlidir. Biz çinli həmkarlarmızla həll yollarını tapmağa fokuslanmışıq. Amma lazım olsa, əlimizdə olan bütün imkanlarla cavab verməyə hazırıq” Avropa Komissiyasının prezidenti xəbərdarlıq edib.

O barəsində danışdığı planın detallarını və bu planın nə vaxt təqdim ediləcəyini açıqlamasa da, 2022-ci ildə Rusiyanın fosil yanacaqlarını Avropa bazarından sıxışdırıb çıxarmağa hesablanmış “REPowerEU” planı ilə oxşarlıq təşkil etdiyini bildirib.


Sizin reklam burada
Sizin reklam burada