Gəncə sakini kəsici alətdən xəsarət alıb.
News365.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1997-ci il təvəllüdlü S. Əliyev qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. 28 yaşlı həmin şəxsin hansı şəraitdə xəsarət alması məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.