Azərbaycan ət idxalını və ixracını azaldıb

Azərbaycan ət idxalını və ixracını azaldıb
15:44

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 33,3 min ton ət idxal edilib.

News365.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda ətin idxalına 75,8 milyon ABŞ dolları vəsait xərclənib.

Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 8,1 min ton və ya 19,5%, dəyər ifadəsi ilə isə 14,7 milyon ABŞ dolları, yaxud da 16,3% azalıb.

Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,45% paya sahib olub.

Eyni zamanda cari ilin ilk doqquz ayında Azərbaycandan 942 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 263 min ABŞ dolları və ya 21,8% azdır.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 434,3 min ton ət, 1,699 milyon ton süd, 1,789 milyard ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 1,9 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artmış, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.


Sizin reklam burada
Sizin reklam burada