Küləkli hava ilə bağlı sarı xəbərdarlıq VERİLDİ

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq VERİLDİ
16:56

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək


Sizin reklam burada
Sizin reklam burada