Çinin dövlətə məxsus 4 neft şirkəti Rusiyadan neft alışını dayandırır.
News365.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bildirilir ki, “Sinopec” və “PetroChina” daxil olmaqla Çinin 4 şirkəti dəniz yolu ilə gətirilən Rusiya neftinin alışını dayandırmağı qərara alıb.
Çin tərəfi bu barədə rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Çinin Rusiya neftinin alışını dayandrıması barədə xəbərlər Çin və ABŞ liderinin yaxın günlərdə Cənubi Koreyada gözlənilən görüşü ərəfəsində yayılıb. ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə Moskva və Kiyevlə bağlı məsələləri müzakirə etmək niyyətində olduğunu, həmçinin Rusiya-Ukrayna münaqişəsinin həllində Pekinin köməyinə ümid etdiyini açıqlayıb.