Gürcüstanda 2 kiloqram radioaktiv maddənin satışının qarşısı alınıb

Gürcüstanda 2 kiloqram radioaktiv maddənin satışının qarşısı alınıb
16:05

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə Rusiya vasitəsilə Çinə 2 kq radioaktiv uran daşımağı planlaşdıran üç nəfər Çin vətəndaşını saxlayıb.

News365.az xəbər verir ki, sövdələşmənin ümumi dəyəri 400 min ABŞ dolları olub. İstintaq çərçivəsində saxlanılanların Tbilisidəki və Batumidəki kirayə evlərində axtarışlar aparılıb.

Müstəntiqlərin sözlərinə görə, ölkəyə qanunsuz olaraq gələn həmin şəxslərdən biri uran almaqda maraqlı olan mütəxəssisləri gətirib və aktiv şəkildə satıcı axtarıb. Qrupun Çindən olan digər üzvləri hərəkətləri əlaqələndiriblər.

Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir.


Sizin reklam burada
Sizin reklam burada