Müstəqil namizəd Ketrin Konnolli İrlandiyada keçirilən prezident seçkilərində qalib gəlib.
News365.az xəbər verir ki, bu barədə onun rəqibi, hakim koalisiyanın bir hissəsi olan mərkəzçi “Fine Gael” partiyası tərəfindən namizəd göstərilən Heder Hamfris bildirib.
"Ketrin bizim prezidentimiz olacaq. O, mənim prezidentim olacaq. Ona ən yaxşı arzularımı çatdırıram. Heç bir peşmançılığım yoxdur", - Hamfris deyib.