Vətəndaşlardan alınan daşınmaz əmlaka kompensasiyaların həcmi artırılsın - Deputat

Vətəndaşlardan alınan daşınmaz əmlaka kompensasiyaların həcmi artırılsın - Deputat
13:24

Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı

News365.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub. "Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə təxminən 70 faizini formalaşdıracaq. Bu isə iqtisadi artımda qeyri neft-qaz sektorunun əsas drayverə çevrilməsindən xəbər verir",- o vurğulayıb.

 O əlavə edib ki, 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar və ya 19,8% artaraq 85,1 milyard ollara çatıb: "O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq ilin sonunda 11,5 milyard dollar təşkil edib. Azərbaycan dünyada az saylı dövlətlərdəndir ki, valyuta ehtiyatları ÜDM-i üstələyir. Valyuta ehtiyatlarımız ÜDM-dən 12 faiz çoxdur və bu regional geosiyasi təhdiddləri artdığı dövrdə ciddi təhlükəsilik yastığıdır",- o vurğulayıb. 

 Deputat əlavə edib ki,  2025-ci il həmçinin keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarında intensiv məskunlaşması ilə yadda qaldı: " Milli Məclisdə təmsil etdiyim Füzuli rayonu daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur cənab Prezidentin rəhbərliyi ilə bərpa edilir və yenidən qurulur. Dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək".
 O həmçinin qeyd edib ki,  paytaxtda dövlət ehtiyacları üçün daşınmaz əmlaka kompensasiyaların ödənilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğun olardı: "Belə ki, bəzi həyət evlərinin sahələri kifayət qədər kiçikdir və həmin mənzillərə kompensasiyanın kvadrat metrə uyğun hesablanması, yoxsa ümumi evə görə konrket rəqəmin ödənilməsi vacib məqamlardandır. Məsələn, bəzi evlərin sahələri 30 və hətta bir sıra hallarda 20 kvadrat metrdən azdır. Aydındır ki, sabit ödənişlər olan zaman az sahəsi olan mənzillərə ödənilən kompensasiya məbləği də müqayisəli şəkildə aşağı olur. O baxımdan, daha məqsədəuyğun olardı ki, söküntülər zamanı Bakıda da diferensial kompensasiya məbləğləri tətbiq olunsun. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil, həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Bu isə nisbətən az sahəli ev sahiblərinin mənzil probleminin həllinə dəstək olardı".


Sizin reklam burada
Sizin reklam burada