“Vaxtı ilə Qarabağ ətrafında böyük oyunlar olub“- Hərbi ekspertdən ŞƏRH

“Vaxtı ilə Qarabağ ətrafında böyük oyunlar olub“-  Hərbi ekspertdən ŞƏRH
27 İyn 2024 14:13

"Vaxtı ilə böyük dövlətlərin Qarabağ ətrafında böyük oyunları olub".

Hərbi ekspert Üzeyr Cəfərov bunu News365.az-a açıqlamasında deyib.

"Son günlər çox maraqlı proseslər baş verir. Dünən iki mühüm bölgə ilə bağlı,  Zəngəzurla bağlı Azərbaycan Ermənistan münasibətlərində hadisə baş verdi. Onlardan biri İqor Xovayev Bakıya gəldi, Azərbaycan xarici İşləır naziri Ceyhun Bayramovla görüşdü. İndi onun vəzufəsinin adı Ermənistan Azərbaycan üzrə Xarici İşlər Nazirliyinin əlaqələndiricisidir. Əslində mənim bu personaya münasibətim fərqlidir. Dünən  İqor Xovayev narahatlığını bildirir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı vəziyyət nə yerdədir. Paşinyana köklənib ki, Paşinyan bu prosesi bir qədər fərqli istiqamətə aparır. Vaxtı ilə böyük dövlətlərin Qarabağ ətrafında böyük oyunları olub. Biz ordumuzun gücünə, qətiyyətinə, xalqımızın bir nöqtəni hədəfə alması sayəsində biz o əraziləri qaytarmışıq. Ona görə bizə kimsə minnət qoymasın. Maraqlı proseslər gedir. Mən görürəm ki, bu prosesləri bəziləri uzatmağa çalışır"-deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər