“Üçüncü Dünya Müharibəsinə çox, çox yaxınıq “ - Politoloq

“Üçüncü Dünya Müharibəsinə çox, çox yaxınıq “ -  Politoloq
29 İyn 2024 12:47

“Üçüncü Dünya Müharibəsinə çox, çox yaxınıq".

Politoloq Tural Əliyev bunu News365.az-a deyib.

"ABŞ -də prezident seçkiləri qabağı ilk debat baş tutdu. Gərgin keçən debatdan maraqlı hissəsini paylaşıram. Seçkilərin hansı fazada keçəcəyini söyləmək bir qədər çətin olsa da, lakin bu seçkilərdən sonra dünyanın başqa istiqamətə gedəcəyi gün kimi aydındır.

Tramp deyib ki, Bayden ABŞ-i üçüncü dünya müharibəsinə aparır. Bayden də cavab verib ki, Trampın qələbəsi III Dünya Müharibəsinə səbəb olacaq.

“Üçüncü Dünya Müharibəsinə çox, çox yaxınıq və o, bizi ora aparır” deyən Donald Tramp Joe Biden haqqında “Kim Çen In, Si Cinpin və Vladimir Putin kimi avtoritar liderlər Baydenə nə hörmət qoyurlar, nə də ondan qorxurlar".

Bayden isə öz növbəsində cavab verib: “Siz III Dünya Müharibəsini istəyirsinizsə, Trampın qalib gəlməsinə imkan yaradın, sonra Putin Ukraynanın paytaxtı Kiyevi götürsün, daha da irəli gedərək Polşa, Macarıstan və s. ölkələri işğal etsin".- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər