“Ermənistan nəhayət işğalçı siyasətindən əl çəkməlidir“- Telman Nüsrətoğlu

“Ermənistan nəhayət işğalçı siyasətindən əl çəkməlidir“-  Telman Nüsrətoğlu
28 İyn 2024 10:44

"Ermənistan nəhayət işğalçı siyasətindən əl çəkməlidir."

Politoloq Telman Nüsrətoğlu bunu News365.az-a açıqlamasında deyib.

"Türkiyənin Cənubi Qafqazda sülhün əldə edilməsi ilə bağlı mövqeyi birmənalıdır.  Azərbaycanın bütövlüyü, masada olan tələbləri doğrultusunda sülh sazişi imzalanmalıdır. Ermənistan nəhayət işğalçı siyasətindən əl çəkməlidir. Məsələ paket şəkilində həll edilməlidir. Sərhədlərin açılmasının, iki ölkə arasındakı münasibətlərin qonşuluq münasibətləri prinsip çərçivəsində qurulmasının tək şərti Azərbaycanla sülh sazişinin imzalanmasına nail olmaqdan keçir. Bu Türkiyənin milli təhlükəsizlik şurasında ard-arda müzakirələrdən sonra səsləndirilən fikirdir. Cənab Ərdoğanın bəyanatlarından, açıqlamalarından bunu  görə bilərik"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər