"Uzak şehir"in aktrisası gizli ailə qurub?

"Uzak şehir"in aktrisası gizli ailə qurub?
13:44

Aktyor Berk Cankatın aktrisa Sinem Ünsalı “sevgili həyat yoldaşım” adlandırması cütlüyün gizli evləndiyi iddialarını gündəmə gətirib.

News365.az xəbər verir ki, “Uzak şehir” serialında “Alya” obrazını canlandıran aktrisa ilə bağlı Cankat hisslərini bu sözlərlə ifadə edib:

“Tək yoldaşım, sevgim, qiymətlim, sevincim, gücüm, dayağım; doğulduğun üçün çox şadam, məni həyatına qəbul etdiyin üçün çox şadam. Sağlamlıq, müvəffəqiyyət, sülh və gülüş dolu uzun illər yaşasınlar; yan-yana olsunlar. Səni çox sevirəm, doğum günün mübarək, əziz həyat yoldaşım”.

Berk Cankatın Ünsala “həyat yoldaşım” deməsi hər kəsi çaşdırıb. İkilinin gizli evləndiyi iddiası maqazin gündəminə bomba kimi düşüb.

Sinem Ünsal da müsahibələrinin birində Cankatı həyat yoldaşı kimi təqdim etmişdi:

“Həyat yoldaşım, Ozan Akbaba, onun həyat yoldaşı, biz tez-tez vaxt keçiririk. Ailə olaraq çox yaxşı dost olmuşuq”.


Sizin reklam burada
Sizin reklam burada