ÜST iki ölkədə yayılan epidemiya ilə bağlı fövqəladə vəziyyət elan etdi

ÜST iki ölkədə yayılan epidemiya ilə bağlı fövqəladə vəziyyət elan etdi
10:59

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqanda və Konqo Demokratik Respublikasında yayılan Ebola qızdırması epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib.

Təşkilat xəstəliyin coğrafi yayılma miqyası və yoluxanların real sayı ilə bağlı ciddi qeyri-müəyyənliyin olduğunu bildirib.

Məlumata görə, epidemiyanın digər ölkələrə yayılma riski də yüksək qiymətləndirilir.

ÜST qeyd edib ki, hazırda vəziyyət diqqətlə izlənilir və beynəlxalq koordinasiya tədbirləri gücləndirilir.


Sizin reklam burada
Sizin reklam burada