Sən demə
ürəyimizin xronoloji yaşla yanaşı, orqanın funksional vəziyyətini əks etdirən
bioloji yaşı da varmış. Bu yaxınlarda alimlər onu süni intellektdən istifadə
etməklə öyrəniblər.
News365.az
xəbər verir ki, Avropa Kardiologiya Cəmiyyətinin illik konfransında Cənubi
Koreyalı alimlər yarım milyondan çox xəstənin EKQ məlumatlarını qiymətləndirmək
üçün süni intellektdən istifadə etdikləri bir araşdırma təqdim ediblər.
Təhlil nəticəsində
onlar insan ürəyinin bioloji yaşını proqnozlaşdırmaq üçün alqoritm yarada
biliblər. Alimlər deyirlər ki, alqoritm ürək-damar xəstəlikləri və ölüm riski
yüksək olan insanları müəyyən etməyə kömək edə bilər. Göstərilmişdir ki, ürəyin
bioloji yaşı xronoloji yaşdan yeddi il qabaq olduqda, ümumi ölüm riski 62%, əsas
ürək-damar hadisələri riski isə 92% artır. Ürəyin bioloji yaşı xronoloji yaşdan
7 yaş kiçik olarsa, risk, əksinə, azalır.
Gələcəkdə
bu alqoritmdən istifadə etməklə kardiologiyada proqnozları əhəmiyyətli dərəcədə
yaxşılaşdırmaq, ürək-damar xəstəliklərinin erkən diaqnostikasını və effektiv
profilaktikasını təmin etmək mümkün olacaq.
News365.az