Universitet tədbirlərinə yarım milyondan çox xərclənəcək

Universitet tədbirlərinə yarım milyondan çox xərclənəcək
11:46

Bakı Slavyan Universiteti (BSU) 2026-ci il təşkil olunacaq tədbirlərlə bağlı yarım milyon manatdan çox vəsait xərcləməyi nəzərdə tutub.

News365.az-ın məlumatına görə, bununla əlaqədar olaraq təhsil ocağı təxminən 598 min manat pul ayırıb.

Buraya konfrans çərçivəsində 10 qonağın şəhərin mərkəzində 4 ulduzlu hotelde 3 gün gecələməsi, 3 mindən çox nahar yeməyi, hədiyyələr və s. aiddir.

BSU tədbirlərin təşkili üçün lazım olacaq digər xidmətlərin də alınmasına görə müvafiq şirkətlə müqavilə bağlayacaq.


Sizin reklam burada
Sizin reklam burada