Ukrayna Silahlı Qüvvələri (VSU) Rusiya Silahlı Qüvvələrinin “Cənub” qruplaşmasının məsuliyyəti zonası sayılan ərazilərdə 305 hərbçisini itirib. Bu barədə yerli media qruplaşmanın mətbuat mərkəzinin baş zabiti Yevgeni Tretyakova istinadən məlumat yayıb.
“Düşmən 305-ə qədər hərbçi itirib: Bir tank, bir zirehli döyüş maşını, 10 texnika, 2 səhra artilleriya silahı və 3 sursat anbarı məhv edilib”, - Tretyakov bildirib.
“Cənub” qruplaşması hazırda Şerbinovka, Tarasovka, Kalinovo, Kleban-Bık və Qriqorovka qəsəbələrinin ərazilərində irəliləyir. Cənub zonasında rus qoşunları Ukrayna bölmələrini, o cümlədən elit aviasiya briqadasını geri çəkərək mövqelərini yaxşılaşdırıblar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural