Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb
18:20

Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb.

News365.az xəbər verir ki, Ukraynanın Ankaradakı səfiri Nariman Cəlilov Qara dənizdə Türkiyəyə məxsus gəminin və onu yedəyə almaq üçün göndərilən digər gəminin hədəfə alınması ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Türkiyənin sözügedən hücumlarla bağlı reaksiyası qarşı tərəfə çatdırılıb, Qara dənizdə insanların, əmlakın, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinin qorunmasının vacibliyi vurğulanıb və zəruri xəbərdarlıqlar edilib.


Sizin reklam burada
Sizin reklam burada