Şövkət Mirziyayev Azərbaycana gəlir

Şövkət Mirziyayev Azərbaycana gəlir
19:20

Özbəkistan Prezidenti Şövkət Mirziyayev oktyabrın 14–15-də işgüzar səfərlə Azərbaycana gələcək.

News365.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan prezidentinin mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, səfərin əsas məqsədi Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak etməkdir.

Sammitin gündəliyinə Asiya qitəsində sülh, təhlükəsizlik və etimad mühitinin gücləndirilməsi, həmçinin təşkilatın institusional inkişafı daxildir. Tədbir çərçivəsində nəqliyyat əlaqələri, rəqəmsallaşma, dayanıqlı iqtisadi artım və digər prioritet sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək, regional və beynəlxalq gündəliyə dair fikir mübadiləsi aparılacaq.

Şövkat Mirziyayevin səfər çərçivəsində bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada