Ukrayna Silahlı Qüvvələri 45 milyon dollar dəyərində Rusiya hava hücumundan müdafiə kompleksini məhv edib

Ukrayna Silahlı Qüvvələri 45 milyon dollar dəyərində Rusiya hava hücumundan müdafiə kompleksini məhv edib
13 İyl 2025 18:30

Ukrayna hərbçiləri işğalçıların ən yeni orta mənzilli zenit-raket kompleksi olan “Buk-M3”ü məhv etməyə nail olublar. Bu əməliyyatı “Qara Meşə” ləqəbli 15-ci əlahiddə artilleriya kəşfiyyat briqadasının döyüşçüləri həyata keçiriblər.

News365.az xəbər verir ki, briqadanın rəsmi səhifəsində yerləşdirilən məlumata görə, “Qara Meşə” kəşfiyyatçıları işğalçıların ən yeni “Buk-M3” zenit-raket kompleksinin daha bir stansiyasını aşkarlayıb və atəşi dəqiq yönəldərək onu məhv ediblər.

Bildirilib ki, “Buk-M3” düşmənin hava hücumundan müdafiə sisteminin əsas komponentlərindən biridir. Kompleksin dəyəri təxminən 45 milyon ABŞ dollarıdır.


Sizin reklam burada
Sizin reklam burada