Ukrayna qaçqınları üçün ən böyük mərkəz bağlanır

Ukrayna qaçqınları üçün ən böyük mərkəz bağlanır
02 Noy 2025 21:44

Almaniya Berlində, keçmiş "Teqel" hava limanının ərazisində yerləşən Ukrayna qaçqınları üçün ən böyük mərkəzini bağlamaq qərarına gəlib.

Bu barədə News365.az "Deutsche Welle"yə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, mərkəz minlərlə ukraynalı qaçqın üçün müvəqqəti evə çevrilib, lakin hakimiyyət orqanları onu yeni şəhər rayonuna çevirməyi planlaşdırır. Onlar bildiriblər ki, yeni gələn ukraynalıların sayı azalıb və onlar üçün daha kiçik, mərkəzləşdirilməmiş mənzil obyektləri yaradılacaq.

Yayın son həftələrində ukraynalılar Berlindəki digər sığınacaqlara aktiv şəkildə köçürülməyə başlayıblar və məqsəd ilin sonuna qədər mərkəzi tamamilə boşaltmaqdır.


Sizin reklam burada
Sizin reklam burada