Nigeriyada mədənə silahlı basqın olub- 12 NƏFƏR ÖLÜB

Nigeriyada mədənə silahlı basqın olub- 12 NƏFƏR ÖLÜB
10:43

Nigeriyada mədən sahəsinə silahlı hücum olub.


News365.az xəbər verir ki, Nigeriyanın Plato ştatında silahlı şəxslər mədən sahəsinə hücum ediblər. 

Hadisə Atoso kəndində qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində azı 12 nəfər həyatını itirib, daha 3 nəfər isə naməlum istiqamətdə qaçırılıb.


Təhlükəsizlik qüvvələri hadisə yerinə cəlb olunub. Hücumu törədən şəxslərin kimliyi və motivləri hələlik açıqlanmayıb. 

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada