Ləman Qulamovanın vəziyyəti necədir? AÇIQLAMA

Ləman Qulamovanın vəziyyəti necədir? AÇIQLAMA
11:10

Yasamal rayonu ərazisində baş verən yanğın zamanı ağır xəsarətlər alan Ləman Qulamovanın müalicəsi hazırda Yeni Klinikada davam etdirilir.

News365.az-ın əldə etdiyi məlumata görə, tibb müəssisəsindən bildirilib ki, 2000-ci il təvəllüdlü pasiyent Terapiya şöbəsində həkim nəzarəti altındadır. Onun səhhətinin hazırkı durumu stabil olmaqla orta-ağır qiymətləndirilir.

Məlumata əsasən, xəstəyə pulmonoloji və qastroenteroloji istiqamətdə zəruri tibbi prosedurlar mərhələli şəkildə tətbiq olunur və müalicə prosesi plan üzrə davam etdirilir.

Qeyd edək ki, Ləman Qulamova həmin yanğın zamanı həyatını itirən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin övladıdır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada