Ukrayna Silahlı Qüvvələrinin (VSU) Oleşnya, Qoqolevka və Kursk vilayətinin Sudja sərhəd-keçid məntəqəsi yaxınlığındakı bölmələri Rusiya hərbçilərinin hərəkətləri nəticəsində böyük itkilər verir. Bu barədə Rusiya mediası təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin 95-ci Hava Desant Hücum Briqadasının bölmələri, eləcə də digər hücum bölmələrinin döyüş təcrübəsi olan hərbi qulluqçular fəaliyyət göstərir.
Mənbə əlavə edib ki, sərhəd-keçid məntəqəsində Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin tərk edilmiş rezervlərini “əzməkdə” davam edirlər.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural