Əfqanıstanın Qərb qanunlarına ehtiyac yoxdur və şəriət qanunları qüvvədə olduğu müddət ərzində demokratiya ölüdür.
News365.az xəbər verir ki, bu barədə Taliban lideri Heybətullah Axundzadə bildirib.
"Qərbdən gələn qanunlara ehtiyac yoxdur. Biz öz qanunlarımızı yaradacağıq", - o qeyd edib.
Xatırladaq ki, Taliban 2021-ci ildə ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsindən sonra yenidən ölkənin hakimiyyətini ələ keçirdi.