Banqkokda zəlzələdə ölənlərin sayı artdı

Banqkokda zəlzələdə ölənlərin sayı artdı
30 Mar 2025 19:45

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb, 76 nəfər isə hələ də itkin düşmüş hesab olunur.


News365.az xəbər verir ki, bu barədə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yaradılmış qərargah məlumat yayıb.


Bildirilib ki, itkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda tikintidə iştirak etmiş şəxslərdir.


Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.


Qeyd edək ki, Myanmada zəlzələdə ölənlərin sayı 1600-ü keçib.


Sizin reklam burada
Sizin reklam burada