“Ukrayna istənilən vaxt və ərazidə əməliyyat keçirə bilər”- Politoloq

“Ukrayna istənilən vaxt və ərazidə əməliyyat keçirə bilər”- Politoloq
02 İyn 2025 12:55

Ukraynada hərbi əməliyyatlar davam etdiyi üçün bu ölkənin istənilən vaxt və istənilən istiqamətdə hərbi əməliyyatlara başlamaq hüququ var.

Bu fikirləri politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, hazırda müharibə tam olaraq dayanmayıb və tərəflər arasında real ateşkes rejimi mövcud deyil. Politoloqun fikrincə, belə bir vəziyyətdə Ukraynanın son əməliyyatı həm də danışıqlar prosesində Kiyevin əlində güclü kartların olduğunu nümayiş etdirir:

"Əməliyyatın görüntüləri də yayımlanıb. Bu, Ukraynanın prosesdəki mövqeyini nümayiş etdirmək üçün bir mesaj idi. Onsuz da İstanbul görüşündə atəşkəslə bağlı konkret nəticə əldə olunacağı gözlənilmir."

Elşən Mustafayev əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlki dövrlərdən fərqli olaraq artıq daha sərt mövqe sərgiləyir:

"Zelenski Rusiyaya konkret şərtlər irəli sürüb. Bu şərtlər NATO-ya gələcək üzvlüklə bağlı heç bir problemin olmaması, Avropa İttifaqı ilə inteqrasiya istiqamətində irəliləyişin qarşısının alınmaması və müdafiə qüvvələrinin gücləndirilməsi ilə bağlı azad hərəkət etmə haqqını əhatə edir. Halbuki bu şərtlərin əksini indiyə qədər Rusiya Ukraynaya təklif edirdi."


Sizin reklam burada
Sizin reklam burada