Ukrayna - Azərbaycan oyunu ona tapşırıldı

Ukrayna - Azərbaycan oyunu ona tapşırıldı
14:42

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyunun avstriyalı hakim idarə edəcək.

News365.az xəbər verir ki, oyunun baş hakimi Sebastyan Qisxamer olacaq. Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir.

Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada