“Musiqi bazarı yoxdur, bazar onda olar ki, bəstəkarlardan mahnı alarlar. Bazar çoxdan dağıdılıb. “Bayağı” deməzdim, tərbiyəsiz deyərdim. Bayağı onun yanında hörmətli musiqidir”
News365.az xəbər verir ki, bunu“Afaqla onlar” verilişində Əməkdar artist Elza Seyidcahan bildirib.
“Qara Qarayev bu dəhşəti bilsəydi, bunu “bayağı” adlandırmazdı, başqa termin deyərdi. Çox biabırçı... Tərbiyəsizlikdir. Sənətkarlar pula satılırlar, yalandan tərifləyirlər. Cəsarətləri qalmayıb. Cəsarət bizik. Əzm də bizdədir, sənətimizi qoruyuruq, ailəmizi də saxlayırıq. Həm anayıq, həm övlad, həm də nənəyik. Səhnədə öz yerimiz var, heç vaxt satılmadıq. Bir xalqa musiqidə azadlıq verilirsə, o demək deyil ki, hərcmərclik olmalıdır. Anam bizə elə tərbiyə verib ki, milyon kişinin içində otura bilərəm, amma mən orda özümü qorumalıyam”, - sənətçi qeyd edib.