Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, qəza rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobilinin aşması nəticəsində sürücü, rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, 2 nəfər isə yaralanıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.