Ukrayna Aİ-yə qəbul üçün danışıqlara başlayıb

Ukrayna Aİ-yə qəbul üçün danışıqlara başlayıb
25 İyn 2024 19:14

Ukrayna Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinə başlayıb.

Aİ-Ukrayna Hökumətlərarası Konfransının ilk iclası Lüksemburqda keçirilib.

Ölkənin Aİ-yə qəbulu ilə bağlı danışıqlar müddətlə məhdudlaşmır və üzvlük üçün hər hansı konkret müddət müəyyən edilmir.

Daha əvvəl Kiyevə ən azı 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini vəd edən Avropa Şurasının rəhbəri Şarl Mişel qarşıda uzun və çətin prosesin olduğunu açıqlayıb.

Qeyd edək ki, Aİ-yə üzvlüklə bağlı ən uzun danışıqlar üzrə rekordçusu Türkiyədir. Ankara 19 ildir ki, heç bir perspektivi olmadan Aİ ilə danışıqlar aparır.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər