Sülh sazişinin imzalanması YAXINLAŞIR? - AÇIQLAMA

Sülh sazişinin imzalanması YAXINLAŞIR? -  AÇIQLAMA
28 İyn 2024 19:23

ABŞ Dövlət katibi Blinken Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh bağlanmasına çağırış edib.

Bu çağırışdan sonra Ermənistanın konstitusiyasına dəyişiklik edərək sülh sazişini sürətləndirmək ehtimalı var? Sülh sazişinin imzalanması prosesi nə qədər zamana mümkün ola bilər?

Politoloq Turan Rzayev açıqlamasında bu sualları cavablandırıb.

 

“Amerika Dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh bağlanmasına çağırış etməsi müsbət hadisədir. Yeri gəlmişkən, Ceyms O`Braynın ölkəmizə səfəri zamanı da bənzər fikirlər səsləndirməsi onu deməyə əsas verir ki, Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyir. Əslində, bu bir istəkdən əlavə reallıqdır. Yəni Vaşinqon başa düşür ki, yaxın zaman ərzində iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Xüsusilə də, bunun ən böyük göstəricisi hər iki ölkənin dövlət başçılarının oxşar tarixlərə qədər, yəni, noyabr ayına qədər sülh sazişinin imzalana biləcəyinə dair bəyanat verməsidir”.

Politoloq bildirib ki, böyük ehtimalla noyabr ayına kimi imzalanması nəzərdə tutulan saziş sülh müqaviləsi yox, çərçivə sazişi ola bilər. Səbəb isə mövcud danışıqlarda bütün məsələlərin həll edilməməsidir. Lakin həll edilən məsələlər çərçivəsində tərəflərin bu sazişi imzalaması mümkün ola bilər.

“Hazırda başlıca problem Ermənistanın konstitusiyanın dəyişməsi məsələsidir. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Amerika tərəfinin də diqqətinə bu məsələ çatdırılıb. Hesab edirəm ki, sülh müqaviləsinin imzalanması istiqamətində bu maneənin aradan qalxması çərçivə sazişinin imzalanmasına gətirib çıxara bilər”.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər