“Parlamentə yeni qüvvələr gələcək“ - Aydın Mirzəzadə

“Parlamentə yeni qüvvələr gələcək“ -  Aydın Mirzəzadə
28 İyn 2024 21:59

  “Qarşıdan gələn seçki bir daha Azərbaycanın demokratiya və hüquq dəyərlərini özü üçün prioritet seçdiyini bir daha sübut edəcək”.

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə açıqlamasında Prezidentin Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncamına münasibət bildirərkən deyib. 

“Bu il onsuz da seçki ili idi. Noyabrda növbəti parlament seçkiləri keçirilməli idi və burada məsələ ancaq seçki gününün iki ay önə çəkilməsindədir. Bütün siyasi qüvvələr seçkiyə köklənirdi və daxildə seçkiyə hazırlaşırdılar. Artıq bir neçə partiya öz namizədlərini elan edib. Digərlərinin də yaxın günlərdə öz namizədliyini verəcəyi gözlənilir. Biz rəqabətli, şəffaf və demokratik seçki mühitinin şahidi olacağıq. Nəzərə alsaq ki, bizdə azad mətbuat var, seçki prosesinin təbliğatı, qeydə alma və seçki gününü cəmiyyət rahatlıqla izləyə biləcək. Bununla da hər bir dairədə daha çox səs toplayan namizəd həmin regionu parlamentdə təmsil edə biləcək.

Aydın məsələdir ki, parlamentə yeni qüvvələr gələcək. Bunların içində artıq cəmiyyətdə tanınan və öz sözünü parlament tribunasından deyə biləcək insanlar görə biləcəyik. Seçki müddətində ya öz namizədliyini irəli sürərək rəğbət qazanan, ya da partiyalar tərəfindən namizədliyi təsdiqlənən yeni simaları görə biləcəyik. Düşünürəm ki, yeni parlament öz üzərinə düşən vəzifəni artıq uğurla davam etdirəcək", - deyə o bildirdi. 

Aydın Mirzəzadə növbəti parlament seçkilərində iştirak etməsi ilə bağlı məsələyə də aydınlıq gətirdi:


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər