Ukrayna: “Rusiyanın 19 generalı məhv edildi”

Ukrayna: “Rusiyanın 19 generalı məhv edildi”
10 Yan 2026 09:40

Ukraynada müharibənin başlamasından (24 fevral 2022) bəri Rusiya ən azı 19 generalını itirib.

News365.az xəbər verir ki, bu barədə "The Insider" qəzeti Rusiya və Ukraynadakı açıq mənbələrin hesabatlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, bu ölümlər Rusiya hakimiyyəti tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Lakin onların yaxınları itkiləri etiraf ediblər.

"The Insider" qəzeti bildirir ki, rus generalları həm ön cəbhədə, həm də arxa cəbhədə həlak olublar (məsələn, hərbi təxribat nəticəsində).

Tammiqyaslı müharibənin başlamasından sonra öldürülən ilk rus generalı 41-ci Ümumqoşun Ordu birləşməsinin komandir müavini Andrey Suxovetski olub (o, 28 fevral 2022-ci ildə Çerniqov bölgəsində həlak olub; ehtimal ki, snayper tərəfindən vurulub).

Rusiyalı generallar Oleq Mityayev, Vladimir Frolov, Andrey Simonov, Kanamat Botaşev Roman Kutuzov 2022-ci ildə öldürülüblər.

Sonrakı illərdə Sergey Qoryaçev, Oleq Tsokov və Vladimir Zavadski məhv edilib. Həmçinin İqor Kirillov, Yaroslav Moskalik və Mixail Qudkov da öldürülən generallar sırasında yer alır.

Həlak olan sonuncu general Baş Qərargahın Əməliyyat Təlim İdarəsinin rəisi Fanil Sarvarovdur (22 dekabr 2025-ci ildə Moskvada avtomobil bombasının partlaması nəticəsində).


Sizin reklam burada
Sizin reklam burada