ABŞ-nin Florida ştatında bu gün ilin ikinci edamı reallaşdırılacaq. Edam ediləcək şəxs Melvin Trotterdir. O, 1986-ci ildə soyğun məqsədilə girdiyi dükanda Virgiye Lenqfordu bıçaqladıqdan sonra boğaraq xüsusi amansızlıqla qətlə yetirib.
News365.az
xəbər verir ki,
hadisədən sonra həbs edilən qatil məhkəmənin qərarı ilə ölüm cəzası alıb. Lakin
Florida ali məhkəməsi ağırlaşdırıcı itihhamların düzgün qiymətləndirmədiyini əsas
gətirərək işə yenidən baxılmalı olduğu qərarını verib. Nəticədə istintaq
1993-cü ilə qədər uzanıb. Sonda nəhkəmə Melvin Trottera ikinci dəfə ölüm cəzası
hökmü verib.
65 yaşlı Melvin Trotter bu gün axşam saatlarında ölümcül inyeksiya üsulu ilə
edam ediləcək.
Qeyd edək
ki, bu Floridada bu il gerçəkləşdirilən ikinci edam hadisəsidir. Ötən il isə
Floridada 47 nəfər edam edilmişdi.