Xalq artisti Tünzalə Ağayeva yeni
layihəsini təqdim edib.
News365.az xəbər
verir ki, pop ulduzu “Yandım” mahnısına yeni nəfəs verib. Musiqisi Ramiz
Mirişliyə, sözləri isə Süleyman Rüstəmə məxsus olan əsər tam fərqli formatda
təqdim olunub. Mahnının masterinqini Emin Kərim, aranjımanını isə Tural Məmmədli
edib.
Əsərdə sənətçini məşhur gitara
ifaçısı Rəhman Məmmədli müşayiət edib. Bu onların sayca üçüncü layihəsidir.
Şou-biznesin əfsanəsi mahnı üçün
klip də çəkdirib. Ekran həllinin rejissorluğu Röyal Səfərova aiddir. Klipdə
ulduzun geyimləri tanınmış dizayner Orxan Sultan imzası daşıyır. Saç və
makiyajı Günay Mustafa edib.
Layihənin direktoru Yalçın Cabbarovdur.
Qeyd edək ki, “Yandım” layihəsi artıq bütün musiqi platformalarında, həmçinin də Xalq artistinin rəsmi “Youtube” kanalında yayımlanır.