Meksikanın Xalisko ştatının Puerto Vallarta şəhərindəki regional həbsxanadan azı 23 nəfər qaçıb. Bu, "Xalisko Yeni Nəsil" kartelinin "El Menço" ləqəbli liderinin zərərsizləşdirilməsindən sonra başlayan iğtişaşların nəticəsində baş verib.
News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə ştatın İctimai Təhlükəsizlik Katibi Xuan Pablo Hernandez açıqlama verib.
O bildirib ki, qaçan 23 məhkumun tutulması üçün federal orqanlara müvafiq bildirişlər göndərilib.
Bəzi iğtişaşçılar həbsxananı atəşə tutublar və maşınla darvazaları sındırıb müəssisəyə daxil olublar. Atışma zamanı həbsxana mühafizəçilərindən biri öldürülüb.