Viza və yaşayış icazələri SATILIB?

Viza və yaşayış icazələri SATILIB?
16:50

Cənubi Afrika Respublikasının Xüsusi Araşdırma Bölməsi (SIU) Prezident Cyril Ramaphosanın göstərişi ilə aparılan araşdırmanın nəticələrini açıqlayıb. 

News365.az xəbər verir ki, ölkədə viza və yaşayış icazələrinin verilməsi prosesində sistemli korrupsiya halları aşkarlanıb.

Bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, bəzi vəzifəli şəxslər icazə sənədlərini qeyri-qanuni yollarla, hətta “WhatsApp” vasitəsilə satıblar. İddialara görə, rəsmi prosedurlar pozularaq xarici vətəndaşlara pul müqabilində viza və rezidentlik sənədləri təqdim olunub.

SIU qeyd edib ki, faktlarla bağlı hüquqi tədbirlərin görülməsi üçün materiallar müvafiq qurumlara göndərilib. Hadisə ölkədə miqrasiya sistemində nəzarət mexanizmlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib.


Sizin reklam burada
Sizin reklam burada