Microsoft şüşə üzərində məlumat saxlama texnologiyasını təqdim edib

Microsoft şüşə üzərində məlumat saxlama texnologiyasını təqdim edib
19:40

Alimlər məlumatların şüşə üzərində saxlanılması üsulunu hazırlayıblar. 

News365.az xəbər verir ki, Microsoft-un “Project Silica” layihəsi çərçivəsində tədqiqatçılar lazer vasitəsilə “voksel” adlanan üçölçülü pikselləri şüşə səthinə kodlamağa nail olublar.


Bildirilib ki, bu texnologiya ilə hündürlüyü 2 mm, sahəsi 12 kvadrat santimetr olan bir şüşə lövhədə 4,84 terabayt məlumat saxlamaq mümkündür. 

Bu isə minlərlə 4K keyfiyyətli filmin kiçik bir şüşə parçasında yerləşdirilməsi deməkdir.

Qeyd edilib ki, şüşə yaddaşın əsas üstünlüklərindən biri uzunömürlü olmasıdır. Məlumatların 10 min ildən artıq müddətdə qorunub saxlanıla biləcəyi bildirilir. 

Mövcud yaddaş daşıyıcılarının ömrü isə adətən 10-50 il təşkil edir. Bundan əlavə, şüşə daşıyıcılar istilik, su və radiasiyaya qarşı yüksək davamlılığı ilə seçilir.



Sizin reklam burada
Sizin reklam burada