Hindistan Rusiyadan Su-57 qırıcıları almağı nəzərdən keçirir.
News365.az xəbər verir ki, Hindistanın yerli AMCA döyüş təyyarəsi layihəsi hazır olana qədər keçid həlli kimi Rusiyadan 36–40 ədəd Su-57 beşinci nəsil qırıcı təyyarə almağı nəzərdən keçirdiyi bildirilir.
Bildirilib ki, müqavilənin dəyəri təxminən 7 milyard dollar olacaq. Moskva texnologiya transferi və təyyarələrin yerli istehsalı variantını təklif edir.
Məlumata görə, bu addım Çinin beşinci nəsil qırıcı parkını genişləndirməsi ilə bağlı narahatlıqlardan irəli gəlir.
Hazırda məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.