ABŞ-da alimlər “universal peyvənd” üzərində mühüm nəticə əldə ediblər.
News365.az xəbər verir ki, Stanford Universitetinin araşdırmaçıları tərəfindən hazırlanan yeni nəsil peyvənd sprey formasındadır və burun yolu ilə tətbiq olunur.
Bildirilir ki, preparat eyni anda COVID-19, qrip və pnevmoniyaya qarşı müdafiə yaradır.
Tədqiqatçıların açıqlamasına görə, burun spreyi tətbiq edildikdən sonra cəmi üç gün ərzində virusları zərərsizləşdirmək qabiliyyətinə malikdir. Alimlər hesab edirlər ki, bu yanaşma tənəffüs yolu infeksiyalarına qarşı daha sürətli və effektiv immun cavab formalaşdırmağa imkan verir.
Hazırda preparatın təhlükəsizlik və effektivlik göstəricilərinin daha geniş miqyasda qiymətləndirilməsi üçün əlavə tədqiqatların aparılması planlaşdırılır.